Tramp Şimali Koreya liderinə ləqəb fikirləşdi

ABŞ Prezidenti Donald Tramp ötən gün cənubi koreyalı həmkarı Mun Çje İnlə Şimali Koreya mövzusunu müzakirə edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə D. Tramp özünün “Twitter” səhifəsində yazıb. O bildirib: “Ötən axşam Cənubi Koreya Prezidenti ilə danışdım. Ondan “raket adam”ın (Şimali Koreya lideri Kim Çen In) necə olduğunu soruşdum. Şimali Koreyada benzinə görə uzun növbələr yaranır. Həddən artıq pisdir!” Tərəflər telefon söhbəti zamanı Şimali Koreyaya qarşı iqtisadi və diplomatik təzyiqin genişləndirilməsinə sadiq qaldıqlarını da təsdiqləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top