Küveyt xarici səfirdən ölkəni tərk etməyi tələb etdi

Küveyt Pxenyanın yeni raket buraxmasına etiraz əlaməti olaraq, Şimali Koreya səfirindən ölkəni tərk etməyi tələb edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, rəsmi Doha Şimali Koreyanın ölkədəki diplomatik nümayəndəliyinin səviyyəsini endirərək diplomatik missiyanın rəhbərinin səlahiyyətlərinin icraçısını və daha üç diplomatı saxlmaq qərarına gəlib. Şimali Koreya səfirliyi diplimotların sayının dörd nəfərədək azaldılmasına dair qərar barədə məlumatlandırılıb. Şimali Koreya səfiri digər diplomatlarla birlikdə sentyabrın sonunadək Qətəri tərk edəcəklərini bəyan edib.

Qeyd edək ki, Küveyt daha əvvəl Şimali Koreya vətəndaşlarına viza verməyi dayandırıb və artıq ölkədə olanların isə viza müddətini uzatmamaq qərarına gəlib. Hazırda Küveytdə təqribən Şimali Koreyanın altı min vətəndaşı işləyir. Şimali Koreya sentyabrın 15-də növbəti raket sınağı keçirib. Onun raketi Yaponiya ərazisi üzərindən keçib.

DİGƏR XƏBƏRLƏR

Top