13 il aradan sonra İraqdan Rusiyaya təyyarə uça biləcək

13 il aradan sonra Rusiya və İraq arasında hava nəqliyyatı bərpa edilir. “Yeniavaz.com”un “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata gərə, sentyabrın 17-də Bağdaddan Moskvaya “Iraqi Airways” hava yolu şirkətinin təyyarəsi gələcək. Vnukovo aeroportunda enməli olan laynerin göyərtəsində İraqın nəqliyyat naziri Kazım Hamaminin başçılıq etdiyi nümayəndə heyəti olacaq. Gələcəkdə İraqın Ərbil şəhəri ilə Sankt-Peterburq və Kazan şəhərləri arasında hava əlaqəsinin qurulması planlaşdırılır. Xatırladaq ki, 13 il əvvəl təyyarələrin İraq və Rusiya arasında uçuşu dayandırılıb. 2004-cü ildə müharibənin bürüdüyü İraqdan uçuçların təhlükəsizliyini təmin etməyin mümkünsüzlüyünə görə hava nəqliyyatını dayandırmaq qərara alınıb. 2015-ci ildə isə Moskva və Bağdad hava əlaqəsinin bərpası haqqında razılığa gəliblər.

DİGƏR XƏBƏRLƏR

Top