Dubayda dünyanın ən iri Günəş elektrik stansiyası layihəsi işə salındı

Dubayda dünyanın ən iri Günəş elektrik stansiyası layihəsi işə salınıb. “Yeniavaz.com”un “Life.ru” portalına istinadən verdiyi məlumata görə, əks olunan Günəş şüalarının tutulması üçün “Günəş kollektoru”nun – qurğunun hündürlüyü 260 metr təşkil edəcək. Stansiya mövcud analoji stansiyalar arasında ən hündürü olacaq. Onun gücü 700 meqavat təşkil edəcək. Tikintini Çin və Səudiyyə Ərəbistanından olan podratçılar aparacaqlar. Dubay 2030-cu ilədək enerjiyə olan tələbatının 25 faizini bərpa olunan mənbələr hesabına qarşılamağı planlaşdırır. 2050-ci ildə isə bunu 75 faizə çatdrmağı düşünür.

DİGƏR XƏBƏRLƏR

Top