Pambıq istehsalı ilə bağlı müşavirə keçirildi

Kənd Təsərrüfatı Nazirliyində “2017-ci ildə pambıq istehsalı, tədarükü və emalı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə nazirliyin məsul işçiləri, pambıqçılıq rayonlarının Kənd Təsərrüfatı İdarələrinin rəisləri, həmçinin pambıq tədarükü məntəqələrinin rəhbərləri iştirak edib.

Pambıq tədarükü məntəqələrində mövcud vəziyyət, qəbul olunmuş pambıq məhsulunun vəsaitinin pambıq istehsalçılarına vaxtında verilməsi, pambıq zavodları və məntəqələrinin kadr təminatı, pambıq qəbulu zamanı uçot hesabat sənədlərinin tərtibatı qaydalarının öyrənilməsi barədə Nazirliyin məsul işçiləri, pambıq rayonlarına təhkim olunmuş mütəxəssislərin və hər bir Rayon Kənd Təsərrüfatı İdarələrinin rəislərinin məlumatı dinlənilib.

Müşavirədə nazir Heydər Əsədov pambıq yığımı kampaniyasının mütəşəkkil qaydada təşkili, texniki təminatının yaxşılaşdırılması, pambıq tayalarının standartlara uyğun təşkili, defoliantların vurulma vaxtı və tətbiqinin texniki qaydalara uyğun olaraq düzgün aparılması, toxumçuluğun təşkili, pambıqçılıqda yeni texnologiyaların tətbiqi barədə nazirliyin məsul işçilərinə, hər bir pambıqçılıq Rayon Kənd Təsərrüfatı İdarələrinin və pambıq tədarükü məntərələrinin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top