Kərkükdə fövqəladə vəziyyət elan oluna bilər

İraq parlamenti Kərkük vilayət məclisinin ləğv edilməsi üçün imza toplayıb. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu türkmən millət vəkili Niyazi Mimaroğlu deyib. O bildirib ki, mərkəzi hakimiyyətin qərarlarını icra etmədiyinə görə Kərkük vilayət məclisini ləğv etmək üçün 74 deputatın imzası toplanıb. N. Mimaroğlunun sözlərinə görə, həmin məclisi parlament qərarı ilə ləğv etmək məqsədilə imza sayını 200-ə çatdırmaq lazımdır: “Kərkük vilayət məclisi ləğv olunsa, şəhərdə fövqəladə vəziyyət elan ediləcək və ora hərbi komandan tərəfindən idarə ediləcək”. Xatırladaq ki, İraq parlamenti iki gün əvvəl Kərkük valisi Nəcməddin Kərimi vəzifəsindən azad etmişdi. Parlamentin, həmçinin İraqın kürd əsilli Prezidenti Fuad Məsumun vəzifədən azad edilməsi üçün addımlar atmağa başladığı deyilir.

DİGƏR XƏBƏRLƏR

Top