Rusiya qırıcısı qəzaya uğradı

Rusiya Müdafiə Nazirliyinin “Yak-130” təlim-döyüş təyyarəsi məşq uçuşlarını yerinə yetirərkən Voronej vilayətinin Borisoqlebsk aerodromu yaxınlığına düşüb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyindən deyiblər. Təyyarənin heyət üzvü qəzadan öncə qırıcını binaların tikildiyi ərazidən uzaqlaşdıra və uğurla katapult edə bilib. Hər iki pilot endikdən sonra əlaqəyə çıxıb, onların həyatına və sağlamlığına heç nə təhlükə törətmir. Pilotların təxliyə edilməsi məqsədi ilə qəza ərazisinə axtarış-xilasetmə qrupu göndərilib. Qəzaya səbəb kimi ilkin olaraq, qırıcının mühərrik sisteminin imtina etməsi göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top