Londondakı terakta görə 18 yaşlı gənc saxlanıldı

Böyük Britaniya polisi Londonun “Parsons Qrin” metrostansiyasında törədilmiş terror aktında şübhəli bilinən 18 yaşlı gənc oğlanı saxlayıb.“İnterfaks”ın xəbərinə görə, şübhəli hüquq-mühafizə orqanlarının Duvr şəhərində apardığı istintaq tədbirləri çərçivəsində saxlanılıb. Həmin şəxs barədə daha ətraflı məlumat verilmir. Qeyd edək ki, “Parsons Qrin” metrosunda baş vermiş partlayış nəticəsində 29 nəfər xəsarət alıb.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top