“iPhone X” smartfonunun maya dəyəri hesablandı

“iChunt” portalının mütəxəssisləri sentyabrın 12-də təqdimatı keçirilmiş “iPhone X” smarfonunun komponentlərinin ümumi qiymətini hesablayıblar.

“Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, ekspertlərin fikrincə, 256 GB daimi yaddaşı olan smartfonun gerçək qiyməti 413 dolları ötmür. Yeni “iPhone”nun ən bahalı hissəsi onun ekranıdır. “Samsung” ekranın bir ədədini “Apple”a 80 dollara satır. Polad və şüşədən düzəldilmiş korpusa gəlincə, onun qiyməti 53 dollardır. Bununla belə, analitiklər öz təhlillərində smartfonun yığılmasına, onun nəqlinə və soft üzərində işə çəkilən xərcləri nəzərə almayıblar. Xatırladaq ki, “iPhone X” smartfonu Azərbaycanda 2600 manat civarında təklif olunur.

DİGƏR XƏBƏRLƏR

Top