PROBLEM: Piyada keçidindən keçə bilməyən piyadalar - VİDEO/FOTOLAR

Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində inşa olunan piyada keçidinin tikintisi 1 ildi yarımçıq qalıb.

“Yeniavaz.com”a bu barədə Ceyranbatan qəsəbəsinin həmin ərazisində yaşayan sakinlər məlumat verib. Sakinlərin sözlərinə görə, bir il bundan əvvəl piyada keçidinin tikintisi başlasada qısa müddət sonra iş dayandı.

Mövzu ilə bağlı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Cəmiyyətin sözcüsü bildirdi ki, Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində iki yerüstü piyada keçidinin inşası nəzərdə tutulub: “Artıq bir keçidin tikintisi yekunlaşdırılıb. Digər keçidin tikintisi hələlik saxlanılıb. Buna səbəb layihədə texniki problemlərin aşkarlanması olub. Hazırda problemin aradan qaldırılması, layihədə müəyyən dəyişikliklərin edilməsi istiqamətində işlər aparılır. Bu işlər tam olaraq yekunlaşandan sonra keçidin tikintisi davam etdiriləcək. Ola bilsin keçidin yeri biraz dəyişdirilsin. Yəni, 3-4 metr geriyə və yaxud önə çəkilə bilər. Vətəndaşların narazıçılığına heç bir əsas yoxdu. Oradakı keçidin tikintisi nəzərdə tutulub, tikiləcək”.


Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top