Putin: Qırğızıstan Prezidenti sözünün üstündə durmağı bacarır

Mənim üçün ən önəmli olan etibarlılıqdır və Qırğızıstan Prezidenti Almazbek Atambayev bu keyfiyyətə malikdir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstandan olan jurnalistə müsahibə verərkən deyib. O bildirib ki, etibarlılıqda ən vacib xarakterlərdən biri razılaşmanı yerinə yetirmək bacarığı, sözünün üstündə durmaqdır: “O, sözünün üstündə duran adamdır. Bəzən onunla razılığa gəlmək çətindir, lakin nəsə barədə razılığa gəlsək, o, əldə olunan həmin razılaşmaların icrasında sona qədər gedir. Bu bizim ümumi xüsusiyyətimizdir. Mən insanlarda buna çox dəyər verirəm”.

DİGƏR XƏBƏRLƏR

Top