Rusiyada pansionat yanıb: Ölən və xəsarət alanlar var


Rusiyada yaşlılar və əlillər üçün nəzərdə tutulmuş pansionatda yanğın baş verib. Bu barədəTASS agentliyi məlumat verir. Məlumata əsasən, yanğın pansionatın üçüncü mərtəbəsində yerləşən istirahət otağındakı televizor və mebelin yanması ilə başlayıb. İvanovsk vilayətində baş vermiş hadisə nəticəsində 7 nəfər xəsarət alıb, 2 nəfər ölüb. 112 nəfər təxliyə edilib. Hadisə ilə bağlı araşdırma aparılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top