Yeni açılan məktəbin rus bölməsində şagird var, müəllim tapılmır İDDİA

Bakının Masazır qəsəbəsində yerləşən 4 nömrəli tam orta məktəbdə rus bölməsi olsa da şagirdlərə dərs deyəcək müəllimlər yoxdur. Bu şikayəti övladı həmin məktəbdə rus bölməsində təhsil alan validenylər bildiriblər. Onların sözlərinə görə, sentyabrın 15-də məktəbin rus bölməsinin şagirdləri 3 saat həyətdə günün altında dayandıqdan sonra evə gediblər. “Buna səbəb həmin məktəbdə rus bölməsinin müəllimlərinin olmamasıdır. Məktəbin direktoru Xatirə Şabanova dedi ki, səbirli olun, rus sektoru üçün müəllim tapmaq çətindir. 2-3 günə müəllimlər gələcək, narahat olmayın”, - deyə şikayətçi valideynlər bildirir. Valideynlər qeyd edirlər ki, direktor bu sözləri 3 ay bundan əvvəl, məktəb yeni fəaliyyətə başladığı il demişdi. Qeyd edək ki, 4 nömrəli tam orta məktəbin ötən ilin oktyabr ayında açılışı olub.Baku.ws

DİGƏR XƏBƏRLƏR

Top