Merkel: Almaniya Türkiyə ilə iqtisadi əməkdaşlığı daha da məhdudlaşdıracaq

Almaniya Türkiyədə saxlanılan həmvətənlərinin azad edilməsinə nail olmaq üçün Ankara ilə iqtisadi əməkdaşlığı daha da məhdudlaşdıracaq. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniya Kansleri Angela Merkel deyib. O bildirib: “Biz Türkiyə ilə iqtisadi əməkdaşlığı daha da məhdudlaşdırmalı və layihələri yenidən nəzərdən keçirməli olacağıq”. A. Merkel Türkiyədəki azadlıqdan məhrumetmə yerlərində hələ də bir çox Almaniya vətəndaşının olmasından hiddətləndiyini ifadə edib: “Biz saxlanılanlara mümkün olduğu qədər konsulluq vasitəsilə yardım göstəririk. Təəssüf ki, Türkiyə tərəfi hətta bəzi hallarda buna çətinlik törədir”. Almaniya hakimiyyətinin hesablamalarına görə, Türkiyədəki azadlıqdan məhrumetmə yerlərində 50-dən çox Almaniya vətəndaşı saxlanılır.

DİGƏR XƏBƏRLƏR

Top