Lapşin Azərbaycanı tərk edən kimi: "Azərbaycanlılar ermənilərə qarşı terror həyata keçiriblər" FOTO

Məlum olduğu kimi, Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün Belarusda həbs olunaraq Azərbaycana gətirilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2017 tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi üzrə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilən İsrail və Rusiya vətəndaşı olan blogger Aleksandr Lapşin sentyabrın 11-i Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən əfv olunub. "Yeniavaz.com" xəbər verir ki, hazırda İsraildə olan Aleksandr Lapşin Azərbaycanı tərk etməzdən əvvəl Prezident İlham Əliyeva təşəkkür məktubu ünvanlayıb. Həmin məktubda Aleksandr Lapşin qeyd edib ki, əməllərimdən səmimi peşmançılıq hissi keçirirəm: "Dağlıq Qarabağ ərazisinə səfər etdiyim zaman bu regionda və onun ətrafındakı hadisələr barədə düzgün məlumatım yox idi. İndi mən Qarabağın Azərbaycan torpağı olduğuna və bundan sonra da olacağına dair danılmaz sübutlar əldə etdim. Ümid edirəm ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq. Sizə, ailənizə, bütün Azərbaycan xalqına can sağlığı, uzun ömür, firavanlıq və işğal olunmuş torpaqların ən tez zamanda azad olunmasını arzu edirəm".

Belə bir məktub yazaraq İsrailə yollanan Aleksandr Lapşin ölkəsinə çatar-çatmaz Azərbaycanın əleyhinə açıqlamalar verməyə başlayıb. "Favebook" sosial şəbəkəsindəki hesabından (https://www.facebook.com/lapshin) açıqlamalar verən Aleksandr Lapşin bildirib ki, 1988-ci ildə azərbaycanlılar Sumqayıtda, Bakıda və Qarabağda ermənilərə qarşı terror həyata keçiriblər. O deyib ki, Qarabağ münaqişəsi zamanı yəhudilərin 95%-i Azərbaycanı tərk edib.

Lapşin daha sonra qeyd edir ki, mətbuatda qeyd olunduğundan fərqli olaraq mən sentyabr ayının 10-da intihara cəhd etməmişəm: "Həmin gün həbsxanada məni döyüblər".

İsrailli blogger açıqlmasında qeyd edir ki, Sankt-Peterburq metrosunda terror hadisəsi baş verən zaman qonşu kamerada olan azərbaycanlı məhkumlar "Allahu-Əkbər" qışqıraraq sevinirdilər. Lapşin qeyd edir ki, həbsxanalarda olduğundan daha çox radikal "islamçı" azadlıqda hazır vəziyyətdə gözləyirlər.

Aleksandr Lapşin həmçinin qeyd edib ki, Azərbaycanda istintaq orqanılar ona qarşı gülünc ittihamlar irəli sürüblər. O deyib ki, məni erməni xüsusi xidmət orqanlarına işləməkdə ittiham edirdilər. Lapşin bildirib ki, Talıbov soyadlı polkovnik ona qarşı gülünc ittiham səsləndirib. Bloggerin dediyinə görə, onun ermənilərə işləməsinin sübutu kimi sosial şəbəkələrdə ermənilər tərəfindən daha çox izlənməsi göstərilib.

Qeyd edək ki, Aleksandr Lapşin tərəfindən Azərbaycan əleyhinə verilən bu cür açıqlamalar sosial şəbəkədəki ermənilər tərəfindən təqdirlə qarşılanıb. Erməni mətbuatı isə bu açıqlamaları tirajlmaqla məşğuldurlar.

DİGƏR XƏBƏRLƏR

Top