London metrosunda partlayış nəticəsində yaralananların sayı artıb

London metrosunda partlayış nəticəsində xəsarət alanların sayı 29-a çatıb.

Bu barədə Sky News telekanalı İngiltərənin Dövlət Səhiyyə Xidmətinə istinadən məlumat yayıb.

Bundan əvvəl 22 nəfərin yaralandığı bildirilirdi.

Xatırladaq ki, cümə günü səhər Londonun qərbindəki “Parsons Green” stansiyasında partlayış törədilib. Polis hadisəni terror aktı kimi qiymətləndirib. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top