Türkiyə fransız jurnalisti azadlığa buraxdı

Avqustun 1-dən Türkiyənin Şırnak vilayətində həbsdə olan fransız jurnalist Lu Byuro məhkəmə tərəfindən azad edilib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistin vəkili Martel Pradel “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, L. Byuro Türkiyədən deportasiya ediləcək: “Bununla belə, Şırnak məhkəməsi Byuroya qarşı işi bağlamayıb”.

Xatırladaq ki, jurnalist iyulun 26-da Habur sərhəd keçid məntəqəsindən Türkiyəyə giriş etmək istəyərkən saxlanılıb. O, terror təşkilatına yardım və vasitəçilik etmək ittihamı ilə həbs olubmuşdu. Fransa və Türkiyə prezidentləri Emmanuel Makron və Rəcəb Tayyib Ərdoğan jurnalistin azad olması üçün iki dəfə telefon danışığı aparmışdılar.

DİGƏR XƏBƏRLƏR

Top