Dizel istehsalı 18,5 faiz azalıb

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 748,9 milyon manat olmaqla əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 7,9 faiz azalıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumata istinadən bildirir ki, neft məhsullarından ağ neftin istehsalı 5,9 faiz, yanacaq mazutunun istehsalı 39,5 faiz, dizel yanacağının istehsalı 18,5 faiz azalıb. Avtomobil benzininin, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı artıb.

DİGƏR XƏBƏRLƏR

Top