“YouTube” partlayıcıların hazırlanmasına dair videoları sildi

“YouTube” videoholdinqi silah və partlayıcı maddələrin hazırlanması qaydaları haqqında məlumatın yer aldığı video-çarxları silib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, “YouTube” bunu Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Sahəsinə Nəzarət üzrə Federal Xidmətin (“Roskomnadzor”) tələbi əsasında edib. Məlumatda deyilir ki, bu cür məlumatlara girişin məhdudlaşdırılması haqqında qərar məhkəmələr tərəfindən saytın 24 səhifəsinə qarşı qəbul edilib. Qeyd edilir ki, Rusiyada silah və partlayıcı maddələlərin qanunsuz hazırlanması, başqa şəklə salınması və təmirinə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Həmçinin, Rusiyada inzibati və ya cinayət məsuliyyətini nəzərdə tutan məlumatların yayılması qadağan edilir.

DİGƏR XƏBƏRLƏR

Top