“Bavariya” klubunun və Almaniya yığmasının keçmiş kapitanı Filipp Lam müəyyən müddətə jurnalistlik edib. “Yeniavaz.com”un “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, 33 yaşlı sabiq müdafiəçi Almaniya Kansleri Angela Merkeldən müsahibə alıb. O bildirib ki, A. Merkel ilə söhbətin təfərrüatları bazar günü açıqlanacaq.