Çində kriptovalyutalarla ticarət tam qadağan edildi

Çində kriptovalyuta (virtual valyuta) birjalarına tiarəti dayandırmaq və bağlanış barədə istifadəçiləri məlumatlandırmaq göstərişi verilib. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bütün birjalar sentyabrın 15-i gecə yarısınadək kriptovalyutalarla (bitkoin) sövdələşmələrin tam durdurulması və yeni istifadəçilərin qeydiyyatının dayandırılması haqqında bildirişləri dərc etməlidirlər. Birjalar sentyabrın 20-dək istifadəçilərə vəsaitlərin çıxarılması qaydaları barədə istifadəçilərə məlumat verməli və investoların maraqlarının qorunmasını təmin etməlidirlər.

Xatırladaq ki, sentyabrın 13-də “JPMorgan Chase” bankın sədri Ceyms Daymon bitkoini fırıldaqçılıq adlandırıb və kriptovalyuta ilə əməliyyatlar aparan əməkdaşları qovacağına dair vəd verib. Çin isə ayın əvvəlində fərdi şəxslərə və təşkilatlara “Initial Coin Offering” (ICO) vasitəsilə vəsait cəlb etməyi qadağan edib. Çin Xalq Bankı bu qərarı onunla izah edib ki, bu cür təcrübə qanunsuz maliyyələşdirmə deməkdir.

DİGƏR XƏBƏRLƏR

Top