Nazarbayev: Qazax dilində bu 4 hərf yoxdur

Kiril əlifbası qazax dilini təhrif edir. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev deyib. Onun sözlərinə görə, qazax dilində "щ", "ю", "я", "ь" hərfləri yoxdur: “Biz bu hərflərdən istifadə etməklə qazax dilini təhrif edirik, buna görə də əsasa qayıdırıq (latın qrafikalı əlifbanın tətbiqi). Bu olduqca vacib tədbirdi. Lakin buarada sıçrayış etmək lazım deyik, tədricən və düşünərək yanaşacağıq”. N. Nazarbayev qeyd edib ki, 2022-ci ildə məktəblərin birinci siniflərində dərslər latın əlifbasında keçilməyə başlanılacaq: “Uşaqlar oxumağa başlayacaqlar, fikrimcə, bu, tez baş verəcək, çünki hazırda bütün uşaqlar ingilis dilini öyrənirlər, o isə latın əlifbasındadır”.

Xatırladaq ki, N. Nazarbayev aprelin 12-də hökumətə qazax əlifbasının latına keçid qrafikini tərtib etməyi tapşırıb. O xatırladıb ki, Qazaxıstan 2025-ci ilədək kiril əlifbasından tam imtina etməlidir. Qazaxıstan liderinin sözlərinə görə, yeni əlifba cəmiyyəti səmərəli modernləşdirməyə, xarici aləmlə kommunikasiyanı asanlaşdırmağa imkan verəcək, uşaqlara ingilis dilini tez öyrənməyə kömək edəcək.

DİGƏR XƏBƏRLƏR

Top