Türkiyəyə sanksiya tətbiq olunması təklif edildi

Nüfuzlu amerikalı senator-demokrat Ben Kardin Ağ evə Ankaraya qarşı sanksiyalar qəbul etməyi və Türkiyənin NATO-da gələcək iştirakının məqsədəuyğunluğu barədə düşünməyi təklif edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, senator Ağ evə yazdığı məktubda xəbərdarlıq edir ki, Türkiyənin Rusiyadan S-400 raket kompleksləri alması Ankaraya zərbə vura bilər, çünki Türkiyə Vaşinqtonun Moskvaya qarşı sanksiyalar rejimini pozur. O qeyd edib ki, ötən ay qəbul edilmiş qanun Rusiyanın müdafiə və kəşfiyyat sahələri ilə iri sazişləri həyata keçirən hər kəsə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. B. Kardinin sözlərinə görə, bu, Rusiyanı gələcəkdə ABŞ-a və onun müttəfiqlərinə hücum etməkdən çəkindirməyə yönəldilmiş məcburi sanksiyalardır. O, ABŞ Prezidenti Administrasiyasından xahiş edib ki, S-400 raket komplekslərinin alışının Türkiyənin NATO-da üzvlüyünə, eləcə də ABŞ-ın Ankara üçün silah satışını ehtiva edən təhlükəsizliyin təminatı yardımına necə təsir edə biləcəyini qiymətləndirsin.

DİGƏR XƏBƏRLƏR

Top