Makron ilk dəfə olaraq canlı efirdə bir sıra qanun imzaladı

Fransa Prezidenti Emmanuel Makron ilk dəfə olaraq canlı efirdə bir sıra qanun imzalayıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, canlı yayım Fransa Prezidentinin Yelisey sarayındakı iş kabinetindən aparılıb. Söhbət ölkə parlamentinin avqustda qəbul etdiyi siyasi və və ictimai həyat etikasına dair iki yeni aktdan gedir. E. Makronun sözlərinə görə, birinci qanun nazir, deputat və yerli icra hakimiyyəti orqanlarının təmsilçilərinə ailə üzvləri və qohumlarını öz işlədikləri strukturlarda işə düzəltməyi qadağan edir: “İkinci qanun isə mühakimliyi olan şəxslərin siyasi vəzifələrə semilməsini qadağan edir. Bu iki akt Fransanın siyasi həyatının yenilənməsinin vacib əlamətidir. Biz bunu edəcəyimizə dair vəd vermişdik və biz bunu etdik. Bu andan etibarən qanunlar qüvvəyə minir”. Digər tərəfdən, qanunlar 136 milyon avro miqdarında olan xüsusi parlament fondunun mövcudluğuna son qoyub. Deputatlar və senatorlar öz seçki dairələrində müxtəlif layihələri maliyyələşdirmək üçün həmin fonddan daha əvvəl sərbəst şəkildə müvafiq olaraq 130 min avro və 153 min avro ala bilirdilər.

DİGƏR XƏBƏRLƏR

Top