Dünya əhalisinin 11 faizi yetərsiz qidalanmadan əziyyət çəkir

Dünyada yetəriz qidalanmadan əziyyət çəkən insanların sayı 815 milyon nəfərə çatıb və bu rəqəm dünya əhalisinin 11 faizini təşkil edir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin beş humanitar təşkilatının məruzəsində deyilir. Məruzədə qey edilir ki, aclığın miqyası 10 il ərzində azalsa da, hazırda onun artımı hərbi münaqişələrin artması və iqlim dəyişikliyinin fəsadları ilə əlaqədardır. 2017-ci ilin əvvəlində Cənubi Sudanın bəzi rayonlarında rəsmi aclıq elan edilib, Yəmən, Nigeriyanı şimal-şərqi və Somalidə yükcək aclıq riski barədə xəbərdarlıq edilib.

DİGƏR XƏBƏRLƏR

Top