
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2017-ci ilin yanvar-avqust aylarında 24,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz az sənaye məhsulu istehsal edilib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumata istinadən bildirir ki, sənaye məhsulunun 69,7 faizi mədənçıxarma sektorunda, 24,9 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 9,3 faiz, əmtəəlik qaz hasilatı isə 4,1 faiz azalıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,3 faiz artıb, neft sektorunda isə 7,7 faiz azalıb.
Tətbiqimizi yükləyə bilərsiniz