Dövlət Komitəsi: Azərbaycan iqtisadiyyatında geriləmə davam edir

Bu ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 43 milyard 713,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumata istinadən bildirir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 2,4 faiz artıb, neft sektorunda isə 7,6 faiz azalıb.

Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,8 faiz təşkil edib. Əlavə dəyərin 40,1 faizi sənayedə, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8 faizi tikinti, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə, 16,2 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 4498 manata bərabər olub.

Məlumat üçün bildirək ki, ötən il ölkədə iqtisadi artım baş verməyib. Belə ki, ötən il ərzində ÜDM-nin həcmində davamlı olaraq azalma qeydə alınıb. Ən böyük azalma isə ötən ilin aprel ayında qeydə alınıb - 4,5%. Yalnız bu ilin ilk iki ayında - yanvar (0,8%) və fevral (0,4%) ÜDM-də artım qeydə alınıb. Mart ayından başlayaraq yenidən azalma müşahidə olunub. Belə ki, mart ayında ÜDM 0,9%, aprel ayında 1,2%, may ayında 0,9%, iyun ayında 1,3%, iyul ayında isə 1% azalıb.

DİGƏR XƏBƏRLƏR

Top