7 ay ərzində 1514-ü əkiz, 33-ü üçəm doğulub

Bu ilin ilk yeddi ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 82 min 380 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,6 təşkil edib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumata istinadən bildirir ki, doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 1514-ü əkiz, 33-ü üçəm doğulanlardır.

Cari ilin yanvar-iyul aylarında ölkədə 34 min 281 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top