Gəncədə 4450 şagird I sinifə qədəm qoyub

Yeni dərs ilində Gəncədə məktəblərində I sinifdə 4 min 450 təhsil alacaq. "Yeniavaz.com" xəbər verir ki, bunu Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov bildirib. Gəncə şəhər M. Mehdizadə adına 4 saylı tam orta məktəbdə "Bilik günü" və yeni tədris ilinin başlanması münasibətilə keçirilən bayram tədbirində çıxış edən Z. Hüseynovun sözlərinə görə, Gəncə şəhəri üzrə ümümtəhsil məktəblərində 2017/2018-ci tədris ilində 9-cu sinifdə 3000-ə yaxın, 11-ci sinifdə isə 2300-dən çox şagird təhsil alacaq.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top