Sahib Məmmədov: "Mingəçevir məktəblilərinin əldə etdikləri nəticələr ürəkaçandır"

Azərbaycanın bütün bölgələrində olduğu kimi, Mingəçevirdə də 15 sentyabr "Bilik günü" qeyd edilib. Bütün məktəblərdə ilk dərs böyük tarixi torpaqlara Cocuq Mərcamlıya qayıdış məşğələləri ilə başlayıb. Belə möhtəşəm tədbirlərdən biri də Mingəçevir B. Şıxəliyev adına 6 saylı tam orta məktəbdə keçirilib. Əvvəlcə dövlət himni səsləndikdən sonra 3 rəngli bayraq meydana gətirilib. Tədbir milli musiqimizin sədaları altında birincilərin səhnəyə gəlişi ilə başlayıb. Şagirdlərin ifasında bir-birindən gözəl rəqslər, mahnılar, vətənpərvərlik haqqında çıxışlar tədbir iştirakçıları tərəfindən alqışla qarşılanıb. Daha sonra məktəbin direktoru Xurşud Zamanova çıxış edərək bütün müəllim, şagird və valideynləri "Bilik günü" münasibəti ilə təbrik edib. Bildirib ki, bizim üçün çox böyük bir gündür, ona görə ki, cənab nazir Mikayıl Cabbarovun əmrinə əsasən, bu gün Azərbaycanın bütün məktəblərində ilk dərs böyük tarixi torpaqlara Cocuq Mərcanlıya qaydış məşğələləri ilə başlayacaq. Bu bizi bir daha ruhlandırır və əmin edir ki, gələcəkdə Azərbaycanın işğal altında olan torpaqları tezliklə azad ediləcək. Biz əminik ki, bu qaydış işğal altında olan digər rayonlarımıza da olacaq. Bu yolda dövlətimizə, dövlətçiliyimizə mətin, mübariz, inamlı olmağı arzulayırıq. Bu il məktəbimizə ilk olaraq iki sinif olmaqla 44 nəfər şagird birinci sinifə qədəm qoyacaq. Onlara da uğurlar arzulayıram".

Daha sonra direktor məktəbin idman sahəsindəki uğurlarından, 16 nəfər məzunun 8 nəfərinin ali məktəbə qəbul olmasından söz açıb: "Təhsildə keyfiyyət ilini hər birimiz öz sahəmizdə öz əməli işimizlə sübuta yetirməyə çalışacağıq. Tədbirin sonunda təhsildə uğur qazanmış bir sıra müəllim və şagirdlərə diplom və tərifnamə verilb. Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov "Yeniavaz.com" saytına bildirib ki, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi təhsil uğurlarının artmasına, tədrisin keyfiyyətinin ilbəil yüksəlməsinə imkan verir: "Bu il Mingəçevir şəhərinin tam orta məktəblərini bitirən məzunlardan 426-ı tələbə adını qazanıb. Onlardan 60-ı 600-dən, 64-ü isə 500-dən yuxarı bal toplayıb. Son beş ilin müqayisəli təhlili göstərir ki, həm ali məktəblərə qəbulun göstəriciləri, həm də elmi layihələrdə, olimpiada və müxtəlif müsabiqələrdə iştiraka görə Mingəçevir məktəblilərinin əldə etdikləri nəticələr ürəkaçandır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top