"Şehiçin əvəzedici komandaya göndərilməsi uydurmadır​" RƏSMİ

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun klubun əsas qapıçısı İbrahim Şehiçi cəzalandırdığı ilə bağlı xəbərlər yayılıb. Xəbərdə deyilir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bosniya və Herseqovina millisinin üzvü İbrahim Şehiçi qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərib. "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov yayılan xəbərləri təkzib edib edərək bildirib ki, bu, yalan xəbərdir: "Qurban Qurbanov heç bir oyunçunu cəzalandırmayıb. İbrahim Şehiçin əvəzedici komandaya göndərilməsi uydurmadır". Qeyd edək ki, 29 yaşlı qapıçı 2013-cü ildən "Qarabağ" klubunun qapısını qoruyur.Olke.az

DİGƏR XƏBƏRLƏR

Top