Faiq Əmirli azadlığa buraxılıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirli barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Prosesdə Faiq Əmirli məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, Faiq Əmirli Səbail rayon Məhkəməsinin qərarı ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Vergilər Nazirliyinin mülki iddiası təmin olunub, dövlətə 39 min manat ödəməli olduğu hökmdə qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top