3 dəfə tutulan şəxsin işi bu dəfə məhkəmədən geri qaytarıldı

Narkotik vasitə istifadəsində və oğurluqda təqsirləndirilən şəxsin işi məhkəmədən ibtidai istintaqa qaytarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən 1983-cü il təvəllüdlü Xəqani İsayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında cinayət işi ibtidai istintaqa qaytarılıb.

Buna səbəb işin düzgün araşdırılmaması olub.

İttihama əsasən, X.İsayev özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməkdə, elektron məlumat daşıyıcısını istifadə edərək gizli şəkildə özgənin əmlakını talamaqda, yaşayış sahəsinə qanunsuz olaraq daxil olaraq oğurluq etməkdə təqsirləndirilir.

O, həmçinin satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik maddə əldə edib saxlamaqda da təqsirli bilinir.

Qeyd edək ki, X.İsayev daha əvvəl də oğurluqda təqsirləndirilərək 3 dəfə məhkumluq həyatı yaşayıb.musavat.com

DİGƏR XƏBƏRLƏR

Top