London metrosundakı partlayış TERROR AKTI kimi qəbul edilib​ YENİLƏNİB

Böyük Britaniya polisi London metrosundakı hadisəni rəsmi olaraq terror hücumu kimi qəbul edib.

Hadisə yerinə terrorla mübarizə polisləri gəlib.

Ərazidə mobil qərargah yaradılıb.

Öz növbəsində, Böyük Britaniya baş nazirinin ofisinin rəsmi nümayəndəsi deyib ki, Tereza Mey insidentlə bağlı müntəzəm qaydada yenilənmiş məlumatlar alır. Report

***12:08

Londonda metroda partlayış baş verib. Bu barədə “Reuters” məlumat yayıb. “Sun” qəzetinin yazdığına görə isə partlayış qatarlardan birində baş verib. Bir neçə nəfərin yanıq xəsarəti aldığı bildirilir. Polis hadisəni təsdiqləsə də, təfərrüatlar açıqlanmır. “Biz metronun "Parsons Green” stansiyasında insident olması barədə məlumatlıyıq. Əməkdaşlarımız hadisə yerindədirlər”, - deyə, polisdən bildirilib. Apa

DİGƏR XƏBƏRLƏR

Top