N.Nazarbayev: "Türk müəllimlərini Türkiyəyə verməyəcəyik"

“Bizdə çalışan türk müəllimlərin təqsiri varsa mənə dəlil gətirin, bizdə onların günahı yoxdur və mən onlara pislik edə bilmərəm”. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən bildirir ki, bu sözləri Qazaxıstan Prezidenti Nursultan Nazarbayev xarici KİV mənsubları üçün keçirilən mətbuat konfransında deyib. Türkiyə hökumətinin çevrilişə cəhddə Fəthullah Güləni günahlandırdığını və minlərlə insanın həbs edildiyini xatırladan Nazarbayev Qazaxıstanda çalışan türk müəllimlərinin Türkiyəyə verilməyəcəyini açıqlayıb.

Prezident litseylərin Təhsil Nazirliyi nəzdindəki fonda verildiyini və Gülən məktəbləri ilə əlaqələrinin kəsildiyinə diqqət çəkib. Bəzi türk müəllimlərin icazə alaraq xaricə getdiyini deyən Nazarbayev ölkədə qalan müəllimlərlə bağlı Türkiyə Prezidenti R.T.Ərdoğanın istəyinə nə cavab verdiyini açıqlayıb: “Burada qalanların heç bir günahı yoxdur, əgər nədəsə günahlandırırsızsa bizə dəlil təqdim edərsiniz, bərabər oturub araşdırarıq, aidiyyatı qurumlar lazımi təhqiqatı aparar. Günahsız insanları həbsə atıb və ya sizə təslim edə bilmərik. Belə dedim və razılaşdıq. Ona görə bu mövzu bağlanmışdır”.

DİGƏR XƏBƏRLƏR

Top