İraqda terror hücumları: 50 ölü, 80 yaralı

İraqın cənubundakı Nasiriyyə şəhərində eyni vaxtda terror aktları törədilib.

“Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, terror aktlarını intiharçı-terrorçular törədiblər. İlkin hesablamalara görə, terror hücumları zamanı ən azı 50 nəfər həlak olub, 80-dan çox adam isə yaralanıb. İntiharçı-terrorçular avtomobil yolunun kənarında yerləşən restoran və polis məntəqəsinə hücum ediblər. İntiharçı-terrorçu restoranın daxilində özünü partladıb, daha dörd terrorçu isə insidentdən sonra ətrafa atəş açıb. Ölənlərdən dördü iranlıdır, xəstəxanaya yerləşdirilənlərin çoxunun vəziyyəti ağırdır. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

DİGƏR XƏBƏRLƏR

Top