Kiprin tərkibində azlıq və Türkiyənin 82-ci vilayəti olmaq istəmirik.
“Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı deyib. Onun sözlərinə görə, bu iki seçim nə Türkiyənin, nə də Kipr türklərinin gündəmində yer almır. M. Akıncı bildirib:
“Biz Kipr türkləri olaraq Cənubi Kiprin unitar quruluşu tərkibində azlıq olmaq istəmirik. Belə bir niyyətimiz yoxdur. Eyni şəkildə Türkiyənin 82-ci vilayəti də olmaq istəmirik. Bunu səmimi olaraq deyirəm, xalqımız bu seçimdən yana deyil. Türkiyənin 82-ci vilayətə ehtiyacı yoxdur. Siyasi baxımdan yeni dərdlərə ehtiyac yoxdur. Bunları gündəmə çevirib lazımsız yerə Türkiyənin başını ağrıtmağa da ehtiyacımız yoxdur. Bunlar barədə danışmağa lüzum görmürəm. Ancaq Türkiyə ilə çox yaxından sağlam əlaqələrin olmasına çox böyük ehtiyacımız var”.