Hacı Cavad məscidindən ən son görüntülər FOTO

Prezident İlham Əliyevin tapşırığına əsasən, Yasamal rayonu A.M. Şərifzadə küçəsində yenidən tikilən Hacı Cavad məscidində tikintinin gedişi ilə maraqlanmaq üçün əraziyə yollandıq. Məscidin ərazisində olan zaman işlərin bir qisminin artıq yekunlaşdığının şahidi olduq.

Tikinti işləri barədə geniş məlumat almaq üçün iş icraçısı ilə söhbətləşdik. Adının açıqlanmasını istəməyən iş icraçısı bildirdi ki, məscidin inşasını “ARÇİKO” şirkəti öz üzərinə götürüb və hazırda işlər sürətlə davam etdirilir:

“Hacı Cavad məscidinin inşası növbəti ilin orucluq ayı ərəfəsində başa çatacaq. Hələ yeddi-səkkiz ay tikinti işləri davam edəcək. Məscid bir gümbəzli, bir minarəli olacaq. İbadət evində eyni vaxta 500-550 insan ibadət edcək. Birinci mərtəbə kişilər, ikinci mərtəbə qadınların ibadəti üçün nəzərdə tutulub. Əsas hissədə gümbəz, yan hissədə kişi və qadınlar üçün dəstəmaz otaqları inşa edilməkdədir”.

İş icraçısının sözlərinə görə, köhnə məsciddən fərqli olaraq, yeni məsciddə idarə binası da nəzərdə tutulub, artıq həmin bina demək olar ki, tam hazırdır. Məscidin binasının birinci hissəsinin tikintisi bitmək üzrədir. Allah evi on dörd sot ərazidə inşa olunur.

Ustalar artıq birinci mərtəbəni bitiriblər və ikinci mərtəbədə hörgü- ön suvaq işini həyata keçirirlər. Məscidin planına baxış keçirdik. Yeni ibadət evinin tikintisində bütün ənənələr nəzərə alınıb. İcraçı bildirdi ki, məcidin fasadı aqlay elemetləri ilə işlənəcək:

“Yeni tikilən məscidin olduğu yer 400 kvadratmetr sahəni əhatə edəcək. İbadət evinin 29 metr 80 santimetr hündürlüyündə 1 minarəsi və bir günbəzi olacaq. Məscidin öz hündürlüyü isə 18 metr olacaq”.

Həmsöhbətim deyir ki, hazırda tikinti işlərində 40-dan artıq işçi çalışır. O da qeyd olundu ki, Yasamal Rayon İcra Hakimiyyəti tikinti prosesi ilə yaxından maraqlanır.

Qeyd edək ki, məsciddə cənazə yumaq üçün otağın da əlavə hissədə tikiləcəyi nəzərdə tutulub.

Hafta.az

DİGƏR XƏBƏRLƏR

Top