Millət vəkili: "Bakcell" şirkəti yaramazlıqla məşğuldur"

Millət vəkili Fazil Mustafa "Bakcell" şirkətini fırıldaqçılıqda ittiham edib.

"Yeniavaz.com" xəbər verir ki, bu barədə millət vəkili "Facebook" sosial şəbəkəsindəki hesabından açıqlama verib. Fazil Mustafa qeyd edib ki, "Bakcell"in fırıldaqçılığını, Azərbaycan vətəndaşlarını aldatdığını tənqid etmişdim: "İndi də görün hansı yaramazlıqla məşğuldurlar. Ayın 13-də Moskvaya gəlməzdən öncə balansıma 45 manat pul yatırdım. Bunu təsdiq edən mesajları da aldım. İndicə, yəni ayın 14-də mesaj göndəriblər ki, balansınızda kifayət qədər məbləğ yoxdur, balansa pul yatırın. Kimsə ilə də "Bakcell" nömrəsindən iki gün ərzində danışmamışam. Gör özbaşınalıq nə səviyyədədir e..."

DİGƏR XƏBƏRLƏR

Top