Gürcüstanın “Leyboristlər partiyası” Tbilisi meri vəzifəsinə namizədini irəli sürüb. Gürcü leyboristlərinin namizədi partiyanın siyasi katibi Giorgi Quqavadır. Bununla da Tbilisi meri vəzifəsinə namizədlərin sayı doqquza çatıb.
Qeyd edək ki, Tbilisi meri postuna hakim Gürcü Arzusu Partiyası keçmiş energetika naziri Kaxa Kaladzenin, müxalif Vahid Milli Hərəkat Partiyası jurnalist Zaal Udumaşvilinin, müxalif Avropalı Gürcüstan Partiyası Elene Xoştariyanın, Quruculuq Hərəkatı Partiyası Tengiz Şerqelaşvilinin, Vətənpərvərlər Alyansı Partiyası parlamentin vitse-spikeri İrma İnaşvilinin, Demokratik Hərəkat və Azad Gürcüstan partiyaları Kaxa Kukavanın, müxalif “Yeni Gürcüstan” partiyası isə Giorgi Vaşadzenin namizədliyini irəli sürüb. Oktyabrın 21-də keçiriləcək yerli idarəetmə seçkilərində müstəqil namizəd Aleko Elisaşvili də mübarizə aparacaq.Apa