NATO Türkiyənin S-400 almasına münasibət bildirdi

NATO-nun hər bir üzv ölkəsi silah alışı barədə sərbəst qərar qəbul edir.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərinin alması haqqında informasiyanı şərh edərkən deyib. O bildirib: “Hər bir müttəfiq (NATO üzrə) hansı növ silah alacağına özü qərar verir.

Bu, Türkiyənin qərarıdır, Türkiyənin milli qərarıdır”. Xatırladaq ki, Moskva və Ankara S-400 sistemlərinin Türkiyəyə tədarükünə dair razılığa gəliblər və müqavilə imzalayıblar.

DİGƏR XƏBƏRLƏR

Top