ABŞ dövlət qurumlarına "Kasperski"dən imtina etmək göstərişi verildi


ABŞ hökuməti dövlət qurumlarına yaxın üç ay ərzində "Kasperski Laboratoriyası"nın məhsullarından imtina etmək barədə göstəriş verib. Bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, "Kasperski Laboratoriyası"nın məhsulları ölkənin təhlükəsizliyinə xələl gətirir və Rusiya hökuməti tərəfindən Birləşmiş Ştatların hökumət sənədlərinə çıxış məqsədilə istifadə oluna bilər. Yaxın 30 gün ərzində bütüm dövlət qurumları "Kasperski Laboratoriyası"nın məhsullarının mövcudluğu barədə hesabat tərtib etməli, 60 gün ərzində başqa şirkətlərin məhsullarına keçid barədə düşünməli, 3 ay sonra isə Rusiya istehsalı olan bütün antivirus proqramlarından imtina etməlidir. ABŞ hökuməti "Kasperski Laboratoriyası"nın bəzi nümayəndələrinin Rusiya kəşfiyyatı ilə əlaqədə şübhəli bilir. "Kasperski Laboratoriyası" isə bu qərara etiraz etmək hüququnu özündə saxladığını bildirib.Lent.az

DİGƏR XƏBƏRLƏR

Top