Almanlar Azərbaycana gəlib öz yaxınlarının məzarlarını axtarır FOTOLAR

Almanlar hələ də bu "hərbi qəbristanlığa" gəlib öz yaxınlarının məzarlarını axtarırlar. Söhbət 1941-1945-ci illər müharibəsində əsir düşən və Azərbaycana gətirilən almanların dəfn olunduğu Göygöl rayonundakı qəbristanlığından gedir. "Yeniavaz.com" xəbər verir ki, Göygöl rayonundakı Quşqara çayının sahilində almanların iki növ qəbristanlığı var: mülki və hərbi qəbristanlıqlar. Həmin bu iki 2 əsir qəbirstanlığı maraqlı tarixi faktları özündə yaşadır. Burada Böyük Vətən Müharibəsində əsir düşərək ölkəmizə gətirilən alman hərbi əsirlərinin 160 qəbri var. Üstünə çay daşları yığılmış və nömrələnmiş alman qəbirləri diqqət çəkir. Qocaman Göygöl rayon sakini Fikrət İsmayılov bildirib ki, bəzən alman əsirlərinin ailəsi gəlib bu qəbirstanlıqda dəfn olunan yaxınlarının qəbirlərini tapırlar. Henrix Kupke adlı bir alman hərbçisi belə əsirlərdən biridir. Həmin qəbrin üzərinə "H. K." hərfləri həkk olunmuş ürək boyda bir daş qoyulub. Onun qızı öz həyat yoldaşı ilə Almaniyadan gələrək atasının uyuduğu qəbri tapıb. Nişanə üçün də belə bir başdaşı düzəltdirməyi xahiş ediblər. Qocaman rayon sakini deyir ki, bu yerləri Almaniya səfirliyi xüsusi diqqətdə saxlayır. Rəsmilərdən əlavə, doğmalarını axtaran almanlar, başqa Almaniya vətəndaşları da mütəmadi olaraq ziyarətə gəlirlər. Ola bilsinki burda bərpa işləridə apardılar.

Vüqar Nəbiyev, Göygöl

DİGƏR XƏBƏRLƏR

Top