Ərəb dövlətləri ilə münaqişə Qətərə 38,5 milyard dollara başa gəlib

Qətər dörd ərəb ölkəsi – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirlə münaqişənin başlamasının ilk iki ayı ərzində öz iqtisadiyyatının dəstəklənməsinə 38,5 milyard dollar xərcləyib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Moody's” beynəlxalq reytinq agentliyinin məlumatında deyilir. Bu məbləğ Qətərin ümumi daxili məhsulunun təqribən 23 faizini təşkil edir. Hazırda ölkə maliyyə-iqtisadi və sosial sahələrdə ciddi problemlərlə üzləşir. Münaqişə nəticəsində təkcə iyun və iyul aylarında Qətərin banklarından xaricə təxminən 30 milyard dollar çıxarılıb. Bununla belə, Dohaya qarşı sanksiyaları dəstəkləyən qonşu Fars körfəzi dövlətlərindən ölkəyə demək olar vəsait daxil olmayıb.

Xatırladaq ki, Qətərin ərəb dövlətləri ilə münaqişəsi yayın əvvəlindən davam edir. İyunun 5-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Misir və digər ölkələr Qətəri terrorçuluqda dəstəkləməkdə ittiham edərək Doha ilə diplomatik münasibətləri kəsiblər, onunla sərhədləri bağlayıblar.

DİGƏR XƏBƏRLƏR

Top