Sanksiyaların Rusiyaya vurduğu maddi zərərin miqdarı hesablanıb

BMT-nin insan haqları və beynəlxalq sanksiyalar üzrə xüsusi məruzəçisi İdris Cəzairi Rusiya əleyhinə sanksiya tətbiq edən ölkələrin və Rusiyanın sanksiyalara görə itirdikləri vəsaitlərin həcmini açıqlayıb. "Yeniavaz.com"un "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya iqtisadiyyatı Krımın ilhaqından və Ukraynanın şərqində vəziyyətin pisləşməindən sonra sanksiyaların tətbiq edildiyi 2014-cü ildən bəri onların təsirlərindən 55 milyard dollar zərər görüb. İ. Cəzairinin məruzəsində, həmçinin qeyd edilir ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələr hər ay 3,2 milyard dollar zərər görürlər. İtkilərin əsas yükü Avropa İttifaqı ölkələrinin üzərinə düşür.

DİGƏR XƏBƏRLƏR

Top