Avropa GMO əkininə icazə verir

Avropa Birliyinin ən ali məhkəməsi Avropa Ədalət Divanı, İtaliyanın geni dəyişdirilmiş (GMO) qarğıdalı toxumu əkinini qadağan etməsinə dair qərarını açıqlayıb. Ali məhkəmə, genetik dəyişdirilmiş məhsulların insan, heyvan və ətraf mühitə ciddi təhdid olduğunun sübut edilməmiş olduğunu və bu səbəbdən də üzv ölkələrin geni dəyişdirilmiş qarğıdalı toxumu əkininə mane olmamaq səlahiyyəti olmadığına hökm edib.
2013-ci ildə İtaliya, AB Komissiyasından geni dəyişdirilmiş toxum əkinini təcili dayandırmasını tələb etmişdi. AB Komissiyası, Avropa Ərzaq Təhlükəsizlik Şurasından aldığı məlumat əsasında bu toxumların qadağan olunmasını tələb edəcək bir elmi sübut olmadığına qərar vermişdi. Bu qərara baxmayaraq, İtaliya, 2013-ci ildə genetik modifikasiya olunmuş qarğıdalı əkinini qadağan etmişdi. marja

DİGƏR XƏBƏRLƏR

Top