Bakıda metroda dava: oğlan söyüş söyən qadına şillə vurdu

Bu gün təxminən bir saat əvvəl metronun "Koroğlu" stansiyasından "Ulduz"a gedən qatarda sərnişinlər arasında dava düşüb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qatarda qadın sərnişinlərdən biri vaqonda onu itələyən oğlanı söyməyə başlayıb. Qeyri-etik ifadələr işlədən qadın oğlanı qıcıqlandırıb. Oğlan isə onunla mübahisəyə başlayıb. Bu zaman başqa sərnişin araya girib. Nəticədə sərnişinlər arasında dava düşüb və bir-birlərini şillələyiblər.

Qatar "Ulduz" stansiyasına çatanda sərnişinlər qatardan düşürdülüb.

Qeyd edək ki, mübahisə zamanı qatardakı uşaqlar ağlayıb, digər sərnişinlər narahat olublar.milli.az

DİGƏR XƏBƏRLƏR

Top