Dünyanın ən dəyərli pasportlarının reytinqi: Azərbaycan 107-ci, Ermənistan 97-cidir

“Henley & Partners” şirkəti 2016-cı il ərzində dünya üzrə vətəndaşlıqların reytinqini tərtib edib.

“Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, reytinqin tərtibçiləri dünyanın bu və ya digər ölkəsinin pasportunun dəyərini hesablayarkən bir neçə göstəriciyə əsaslanıblar. Bunlar ölkə iqtisadiyyatının miqyası, insan potensialının inkişaf səviyyəsi, qısamüddətli vizasız səfər etmək və xaricdə vizasız yaşama və işləmə imkanları və sairdir. Azərbaycan reytinqdə 107-ci yerdə qərarlaşıb.

Ölkəmiz əvvəlki reytinqlə müqayisədə eyni pilləni qoruyub. Ermənistan isə əksinə 13 pillə irəliləyərək 97-ci yerdə qərarlaşıb. Ümumiyyətlə isə MDB ölkələri arasında ən yüksək yeri üç pillə geriləmiş Rusiya tutub (60-cı yer). Qazaxıstan reytinqdə 85-ci (iki pillə geriləyib), Belarus 88-ci (altı pillə geriləyib), Ukrayna (99-cu) (12 pillə geriləyib), Gürcüstan 104-cü (iki pillə geriləyib), Qırğızıstan 110-cu (doqqu pillə geriləyib), Özbəkistan 116-cı (beş pillə geriləyib), Tacikistan isə 121-ci (beş pillə geriləyib) olub.

Dünyanın ən keyfiyyətli vətəndaşlığı isə Almaniyaya məxsusdur. İkinci yeri Danimarka və Fransa bölüşüblər. İlk beşliyə İslandiya, İsveç və Norveç daxil olublar.

DİGƏR XƏBƏRLƏR

Top