Heydər Əliyev Fondu Qarabağ qazisinin müalicə xərclərini öz üzərinə götürdü

Heydər Əliyev Fondu Qarabağ qazisi Kamil Musəvinin səhhəti ilə bağlı yaranan problemlərin həllini öz üzərinə götürüb. "Yeniavaz.com" xəbər verir ki, son günlər 2015-ci ilin oktyabr ayının 12-də kəşfiyyat qrupunun komandiri vəzifəsində döyüş tapşırığını yerinə yerirərkən düşmənin naməlum minasının partlaması nəticəsində bir gözünü və bir ayağını itirən zabitimiz Kamil Musəvinin səhhətində ciddi problemlər yaranıb. Qarabağ qazisinin müalicəsinə dəstək almaq məqsədilə Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı tərəfindən Heydər Əliyev Fonduna edilən müraciətə cəmi bir-neçə saat ərzində müsbət cavab verilib. Fonddan bildirilib ki, Qarabağ qazisinin müalicəsi ilə bağlı bütün məsələlər Fond tərəfindən həll olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top