Ərdoğan heykəlinin qoyulmasına münasibət bildirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan heykəlinin hazırlanmasını məyusluqla qarşıladığını bildirib.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, o, heykəlinin qoyulmasını istəmədyini bildirib. Prezident deyib: “Heykəlimi və buna oxşarlarını hazırlayıblar. Təbii ki, bunu eşidəndə çox məyus oldum. Bu bizim dəyərlərimizə ziddir. Onları götürdük. Bundan sonra bu cür xətalara düşməsinlər. Heykəl deyil, xidmətə yönəlmiş əsərlər hazırlasınlar. Bunların dəyərlərimizlə zidd olduğunu bilməliyik”. Xatırladaq ki, R. T. Ərdoğanın Kocaelidə büstü qoyulmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top